2021-2022-ci il yaz imtahan sessiyası davam edir

Bu gün Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının I kurs tələbələri Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən (ingilis, rus, fars) test imtahanı verdilər.İmtahan prosesində  tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik,  nizam-intizam təmin olunub. İmtahan zamanı  heç bir kənar müdaxilə baş verməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. İmtahan müddətində və sonra heç bir şikayət qeydə alınmayıb. Qeyd edək ki, əvvəlcədən tələbələr və valideynlərdən daxil olan şikayətlərin qısa müddətdə araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdi.